Tovuzda 24 yaşlı gənc Kürdə boğulub öldü



 

Tovuz sakini faciəli şəkildə ölüb.

Bu barədə Oxu.Az-a hüquq-mühafizə orqanlarından məlumat verilib.

Bildirilib ki, Tovuz rayonunun Cəlilli kənd sakini saat 15 radələrində Kürdə boğularaq ölüb.

1996-cı il təvəllüdlü Qasımov Ümid Elçin oğlunun cansız bədəni tapılaraq sudan çıxarılıb və ailəsinə təhvil verilib.