Ronaldunu arı sancdı – Millinin oyununu buraxacaq



 

Portuqaliya millisinin və “Yuventus” klubunun hücumçusu Kriştianu Ronaldu Millətlər Liqasında Xorvatiyaya qarşı oyunda komandasına kömək edə bilməyəcək.

“Football Italia” xəbər verir ki, 35 yaşlı hücumçunu arı sancıb.

Hadisəyə Portuqaliya millisinin baş məşqçisi Fernandu Santuş da münasibət bildirib.

Mütəxəssis qeyd edib ki, futbolçunun Xorvatiyaya qarşı oyuna qədər tam hazır olacağı şübhə altındadır.

“İnfeksiyadan sağalmağın nə qədər müddət aparacağını bilmək olmur”, - deyə 65 yaşlı baş məşqçi qeyd edib.