Özünü körpüdən atmaq istədi, Nazirlik hərəkətə keçdi



 

Yevlax şəhərində bir nəfər körpünün üzərinə çıxaraq intihar etmək istəyib. 

Bununla bağlı Fövqəladə Hallar Nazirliyinin “112” qaynar xəttinə məlumat daxil olub. 

Nazirlikdən bildirilib ki, Aran Regional Mərkəzinin xilasetmə qüvvələri dərhal hadisə yerinə cəlb olunub. 
Vətəndaşla aparılan psixoloji söhbətlər nəticəsində o, özünə qəsd etmək fikrindən daşınıb.