Ronaldudan emosional paylaşım



 

Hücumçu Kriştianu Ronaldu Portuqaliya millisinin Millətlər Liqasında çıxışına start verməsinin şərəfinə sosial şəbəkə hesabında paylaşım edib.

Bu barədə Championat.com məlumat yayıb.

“Bizim tariximiz nailiyyətlərimiz və hər birimiz üçün unikal məqamlardan ibarətdir! Biz Millətlər Liqası titulunun müdafiəsinə başlayırıq. İrəli Portuqaliya!”, - deyə K.Ronaldu yazıb.

Qeyd edək ki, Portuqaliya millisi Millətlər Liqası çərçivəsində ilk oyununa bu gün Xorvatiyaya qarşı çıxacaq.