Qaradağda Aşura keçirmək istəyənlər cərimələndi



 

Qaradağ rayonu Sahil qəsəbəsində Aşura mərasimi keçirmək istəyənlər cərimələnib. Təşkilatçı inzibati qaydada həbs edilib.

Bu barədə Daxili İşlər Nazirliyinin mətbuat xidməti məlumat verib.

Bildirilib ki, avqustun 30-da Qaradağ rayonu, Sahil qəsəbəsi, B.Əliyev küçəsi, ev 43 ünvanında bir qrup şəxs dəfələrlə edilən xəbərdarlıqlara baxmayaq karantin qaydalarını pozaraq Aşura mərasimi təşkil edib.

Qeyd olunub ki, Qaradağ Rayon Polis İdarəsinin 38-ci Polis Bölməsinin əməkdaşları ilə birgə həmin ünvan nəzarətə götürülüb. Polis əməkdaşlarının keçirdikləri tədbir zamanı mərasimin təşkilatçısı, qəsəbə sakini Vüsal Tarverdiyev və daha 25 nəfər saxlanılaraq Polis İdarəsinə gətirilib. İdarədə onlarla profilaktik söhbətlər aparılıb. 

Xüsusi karantin rejimi qaydalarını pozan 25 nəfər barəsində inzibati protokollar tərtib olunub və onların hər biri cərimələnib. Məclisin təşkilatçısı V.Tarverdiyev barəsində isə məhkəmənin qərarı ilə 10 sutka inzibati həbs qərarı verilib.