Lerikdə Aşura mərasimi keçirmək istəyənlər saxlanıldı



 

Lerik rayonunun Cəngəmiran kəndi ərazisində bir qrup şəxsin Aşura mərasimi keçirmək üçün məscidin qarşısına toplaşmaq istədikləri müəyyən olunub.

Bu barədə Daxili İşlər Nazirliyinin mətbuat xidmətinin Lənkəran regional qrupu məlumat verib.

Bildirilib ki, ərazidə xidmət aparan polis əməkdaşları tərəfindən saxlanılan həmin şəxslər Lerik Rayon Polis şöbəsinə gətiriliblər.

Qeyd olunub ki, onlarla izahedici söhbətlər aparılıb. Xüsusi karantin rejimi qaydalarını pozduqlarına görə beş nəfər barəsində İnzibati Xətalar Məcəlləsinin müvafiq maddəsi ilə protokol tərtib edilib. Həmin şəxslər cərimə olunublar. Bir nəfər barəsində toplanan materiallar isə baxılması üçün Rayon Məhkəməsinə göndərilib.