Bakıda səkinin genişləndirilməsi qəza şəraiti yaratdı - FOTO/VİDEO



 

Bakıda piyadalar üçün səkinin genişlənməsi nəqliyyatın hərəkətinə mane olub.

Bu barədə Oxu.Az-ın redaksiyasına göndərilən məlumatda qeyd olunub. 

Vətəndaşların sözlərinə görə, söhbət paytaxtın Xətai rayonu, Nəsrəddin Tusi küçəsindən gedir:

“Küçədə piyadalar üçün səki genişləndirilir. Lakin, bu avtomobil yolunda nəqliyyatın hərəkətinə mane olur. Belə ki, avtomobil əsas yoldan gəlib küçəyə dönərkən və ya küçədən əsas yola çıxarkən dönmə əməliyyatı zamanı digər hərəkət iştirakçıları üçün qəza şəraiti yaradır. Videodan da siz bunu aydın görə bilərsiniz”.

Həmin görüntüləri təqdim edirik:

Könül Cəfərli