Şəmkirdə narkotik yetişdirən şəxs saxlanılıb - FOTO



 

Şəmkir rayonunda çətənə kolları yetişdirən şəxs yaxalanıb.

Bu barədə Daxili İşlər Nazirliyinin mətbuat xidmətinin Gəncə regional qrupu məlumat verib.

Bildirilib ki, Şəmkir Rayon Polis Şöbəsinin əməkdaşlarının keçirdikləri uğurlu əməliyyat tədbirləri nəticəsində şəhər sakini Elşən Qarayevə məxsus fərdi yaşayış evinin həyətyanı sahəsindən xüsusi aqrotexniki qaydada qulluq edilmiş səkkiz ədəd çətənə kolu aşkar olunub.

Bundan başqa RPŞ-də E.Qarayevin üzərindən 14.609 qram narkotik vasitə olan qurudulmuş marixuana götürülüb.

Müəyyən olunan maddi sübutlar bioloji ekspertizaya təqdim edilib. Dindirilmə zamanı saxlanılan şəxs çətənə kollarını şəxsi istifadə məqsədi ilə becərdiyini bildirib.