Birinci müavini cəzalandırılan rayondan daha bir şikayət: “Ərazi zibilliyə çevrilib” - FOTO



 

Bakının Binəqədi rayonu, Sulutəpə qəsəbəsi “Əkbər” marketin ətrafında tullantıların vaxtı-vaxtında təmizlənməməsi nəticəsində yaranmış antisanitariya qeyd olunan ünvanda yaşayan sakinlər üçün ekoloji fəlakətə çevrilib.

Bu barədə Oxu.Az-ın redaksiyasına şikayət daxil olub.

Bildirilib ki, ərazindəki məişət tullantılarının iyi dözülməz vəziyyət yaradıb, ərazi zibilliyə çevrilib.

Xatırladaq ki, bir müddət əvvəl Bakı Şəhər İcra Hakimiyyəti Binəqədi rayonunun qəsəbələrinin sanitar vəziyyəti, əhalini narahat edən problemlər və məişət tullantılarının vaxtında daşınması məsələlərinin araşdırılması məqsədi ilə monitorinq keçirilib.

Aşkar edilən çatışmazlıqlar yerində müzakirə edilərək Binəqədi Rayon İcra Hakimiyyəti başçısının birinci müavini İlqar Süleymanova, rayon təsərrüfatı şöbəsinin müdiri Azər Kərimova töhmət verilib, bir sıra məsul işçilərə xəbərdarlıqlar edilib və qısa müddət ərzində yol verilən nöqsanların aradan qaldırılması tapşırılıb.