Masallıda qəza: ölən var



 

Masallı rayonunda ölümlə nəticələnən yol-nəqliyyat hadisəsi baş verib.

Bu barədə Daxili İşlər Nazirliyinin mətbuat xidməti xəbər yayıb.

Bildirilib ki, avqustun 29-da Masallı rayonunun Banbaşı kəndi ərazisində rayon sakini R.Ağayev idarə etdiyi “VAZ-2106” markalı avtomobillə yolu keçən kənd sakini Şayin Feyzullayevanı vurub.

Xəsarətlə xəstəxanaya yerləşdirilən piyada orada vəfat edib.

Faktla bağlı araşdırma davam aparılır.