Tərtərdə tarixi abidə məhv edilir? - İDDİA - FOTO



 

Tərtər rayonu ərazisində kurqan tipli tarixi abidə məhv edilir.

Bu barədə məlumatı sosial şəbəkədə bir nəfər paylaşıb. Həmin şəxs iddia edir ki, rayonun tarixi abidələrin mühafizəsi şöbəsi buna göz yumur:

“Mən israr edirəm ki, abidənin yanına inventar nömrəsi qoyun. Onlar isə mənə cavab olaraq, “sənin nə maddi marağın var, biz nə maaş alırıq ki, benzinə verib kurqanları gəzək, inventar nömrəsi yazdıraq?!” deyirlər. Fotolarda qırmızı dairəyə alınan həmin kurqandır. Bu, Mədəniyyət Nazirliyi tərəfindən Çaqqaltəpə adı ilə qeydiyyata alınan 1789 nömrəli abidədir. Digər şəkil Mədəniyyət Nazirliyinin rəsmi saytından götürülüb. Həmin şəkildə qeyd olunur ki, Çaqqaltəpə kurqanı Hüseynli (Hüsənli) kəndinin şimalında yerləşir.

Növbəti şəkil isə mənə tarixi abidələrin mühafizəsi şöbəsindən təqdim edilib. Bildirmək istəyirlər ki, mən səhv edirəm. Guya ki, 1789 nömrəli abidə onların xəritədə qeyd etdikləri yerdədir. O kurqanın Hüseynli kəndindən hansı istiqamətdə yerləşdiyini mən ağ xəttlə göstərmişəm. Göründüyü kimi onların qeyd etdikləri kurqan kəndin cənub-şərqində yerləşir. Bu bir vətəndaşlıq borcudur. Həmin idarənin isə həm də vəzifə borcudur ki, abidələri mühafizə etsin. Kurqanın üst qismindən çıxarılıb dağıdılanların bir qisminin şəklini çəkə bilmişəm”.