Bakıda gözəllik salonundan oğurluq edən şəxs tutulub



 

Bakıda oğurluq hadisəsi baş verib.

Bu barədə Daxili İşlər Nazirliyinin mətbuat xidməti xəbər yayıb.

Bildirilib ki, Nəsimi Rayon Polis İdarəsi 22-ci Polis Şöbəsi və Qax Rayon Polis Şöbəsi əməkdaşlarının keçirdikləri əməliyyat-axtarış tədbirləri nəticəsində avqustun 5-də Nəsimi rayonu ərazisindəki gözəllik salonlarının birindən 1421 manat pul və 80 manat dəyərində mobil telefon oğurlanıb.

Qeyd olunub ki, hadisəni törətməkdə şübhəli bilinən Ağsu rayon sakini, əvvəllər məhkum olunmuş Ə.Bədəlov Qax rayonu ərazisində saxlanılıb.