“Dəniz kuboku” müsabiqəsinin iştirakçıları yoldaşlıq görüşlərində güclərini sınayıblar



 

Bakıda keçirilən “Dəniz kuboku” müsabiqəsinin iştirakçıları voleybol və mini-futbol üzrə yoldaşlıq görüşlərində güclərini sınayıblar.

Müdafiə Nazirliyinindən verilən məlumata görə, Voleybol üzrə görüşdə rusiyalı hərbi dənizçilərə 3-0 hesabı ilə qalib gələn komandamız, mini-futbol yarışında 3-2 hesabı ilə məğlub olub.
Qalib komandalara kuboklar, medallar, fəxri fərmanlar və hədiyyələr təqdim edilib.