ABŞ hərbçilərinin olduğu zirehli maşın qəzaya düşdü, dörd nəfər həlak oldu



 

Cənubi Koreyada ABŞ hərbçilərinin olduğu zirehli hərbi maşın mülki vətəndaşın idarə etdiyi minik avtomobili ilə toqquşub.

Cənubi Koreyanın “Yonhap” xəbər agentliyi məlumat verir ki, qəza nəticəsində dörd nəfər Cənubi Koreya vətəndaşı ölüb, bir nəfər amerikalı hərbçi isə yüngül bədən xəsarətləri alıb.

Mənbə yazır ki, insident ABŞ əsgərləri təlimdən hərbi bazaya qayıdarkən yolda baş verib.

Qəzanın səbəbləri araşdırılır.