Kürdəmirdə yük maşını velosipedçinin üstündən keçdi - FOTO



 

Kürdəmir rayonunda ölümlə nəticələnən yol-nəqliyyat hadisəsi baş verib. 

Report xəbər verir ki, hadisə Ağsu-Kürdəmir-İmişli yolunun rayonun Təklə kəndindən keçən hissəsində qeydə alınıb.

Bildirilib ki, Ağsu rayon sakini, 62 yaşlı Elbrus Mosu oğlu Behbudov idarə etdiyi “Ford” markalı yük maşını ilə hərəkətdə olan zaman yolun kənarında, velosipedlə hərəkət edən Kürdəmir rayonunun Şahsevən kənd sakini, 19 yaşlı Ramil Adil oğlu Novruzovun üzərindən keçib.  

Yük avtomobilinin altında qalan R.Novruzov ağır bədən xəsarətləri alıb və elə hadisə yerindəcə dünyasını dəyişib.

Onun meyiti müayinə olunması üçün Səhiyyə Nazirliyinin Tibbi Ekspertizası və Pataloji Anatomiya Birliyinin Kürdəmir rayon şöbəsinə aparılıb.

Fakla bağlı araşdırma davam edir.