Lalə Şövkətdən xəbər var



 

Bir neçə gün bundan əvvəl əməliyyat olunan Azərbaycan Liberal Partiyasının lideri, professor Lalə Şövkətin səhhəti yaxşılaşmağa doğru gedir.

Bu barədə Qafqazinfo-ya onun oğlu Sidqi Şövkət məlumat verib.

O bildirib ki, hazırda anası xəstəxana şəraitində müalicəsinə davam edir:

“Xəstəxanadan evə nə zaman buraxılacağı hələ bilinmir. Vəziyyəti isə əməliyyatın ağırlığına görə adekvat şəkildə dəyişir”.

Qeyd edək ki, L.Şövkət yoğun bağırsağında yaranan şişə görə əməliyyat olunub.