İlan yatan qadının ağzına girdi - VİDEO



 

Ağacın altında yatan qadının açıq qalan ağzından ilan girib. Nəticədə o, tibbi yardım üçün müraciət etməli olub.

REN TV xəbər verir ki, hadisə Rusiyada baş verib.

Kadrlarda mütəxəssislərin ilanı qadının boğazından çıxarma səyləri əks olunub. Uzunluğu bir metr olunan sürünən çıxarıldıqda isə tibb işçilərindən birinin qorxudan geri çəkildiyi görünür.