Məşhur bloger evinin yaxınlığında döyüldü - FOTO



 

Moskvada naməlum şəxslər 27 iyul 2019-cu il tarixli aksiyanın təşəbbüskarlarından olan bloger Yeqor Jukova hücum edərək döyüblər. Təcavüzkarlar blogerə bədən xəsarəti yetirdikdən sonra hadisə yerindən qaçıblar.

Bu barədə “Jukovun komandası” Telegram kanalında məlumat yayılıb.

Məlumatda Jukova hücumun evinin yaxınlığında baş verdiyi deyilir. Həmçinin blogerin dodağı partlamış və üzü qanamış halda fotoları da yayımlanıb.