Elman Paşayev Yefremovun qəzadan olan videosunun saxtalaşdırıldığını iddia edir
Moskvanın mərkəzində ölümlə nəticələnən yol-nəqliyyat hadisəsi törətmiş məşhur aktyor Mixail Yefremovun vəkili Elman Paşayev deyib ki, hadisənin son videoyazısı əsasında məhkəmədə qarşı tərəfi susduracaq.
Bu barədə o, NTV-yə verdiyi müsahibədə danışıb.
Vəkilin sözlərinə görə, aktyorun görüntüləndiyi videoyazı saxtadır:
“Diqqət yetirin, Yefremov oturan vaxt qara ayaqqabıdadır. Lakin maşından düşən vaxt ayağında ağ idman ayaqqabıları var”.
Vəkil bildirib ki, videoyazını saxtalaşdıranlar o qədər də peşəkar olmayıblar.