Putinlə Lukaşenko arasında növbəti telefon danışığı olub: Yaxın günlərdə görüşəcəklər



 

Rusiya prezidenti Vladimir Putin belaruslu həmkarı Aleksandr Lukaşenko ilə növbəti dəfə telefonla danışıb.

TASS xəbər verir ki, Putin Lukaşenkonu doğum günü münasibətilə təbrik edib.

Bundan əlavə, tərəflər yaxın günlərdə Moskvada görüşmək üçün razılığa gəliblər.