Gəncin beynindən orada 17 il yaşamış canlı qurd çıxarılıb - FOTO/VİDEO



 

Çində kişinin beynindən 13 santimetrlik canlı qurd çıxarılıb. Parazit onun beynində 17 il yaşayıb.

Bu barədə “Daily Mail” xəbər yayıb.

23 yaşlı gəncin sözlərinə görə, altı yaşından ətraflarının keyiməsindən əziyyət çəkib. Tibbi yardıma isə bədəninin sağ tərəfində hissiyat tam itdikdən sonra müraciət edib.

Tibb işçiləri parazitin onun orqanizminə çiy şəkildə yeyilmiş qurbağa və ya ilana görə düşdüyünü ehtimal edirlər.