Aqata Kristinin əsərinin adı dəyişdirildi



 

Fransada dünya ədəbiyyatında detektiv janrın ustası hesab olunan Aqata Kristinin romanının adı dəyişdirilir.

RTL radiostansiyasının məlumatına görə, yazıçının ən məşhur “On zənci balası” əsərinin adı irqi ayrı-seçkiliklə əlaqədar olaraq “Onlar on nəfər olublar” adı ilə əvəz olunacaq.

A.Kristi nəslinin nümayəndəsi Ceyms Priçard bildirib ki, 2020-ci il yeni davranış qaydaları diqtə edir və xüsusən ifadələrin seçilməsində son dərəcə ehtiyatlı davranmaq lazımdır.