Koronavirus stressini atmaq üçün “zombilərin” olduğu otaqda tabuta uzanırlar - FOTO/VİDEO



 

Yaponlar koronavirus pandemiyasının stressini atmaq üçün qeyri-adi yola əl atıblar. Belə ki, onlar əllərində elektrikli mişar olan “zombilərin” olduğu otaqda üzəri şüşə ilə örtülən tabuta uzanırlar.

Bu barədə “Dazed” xəbər verib.

15 dəqiqə çəkən və 7,5 dollara (12,75 AZN) başa gələn maraqlı seans “Scare Squad” prodüser şirkəti tərəfindən düşünülüb. Müəssisə rəhbərinin sözlərinə görə, bu yolla onlar pandemiyaya görə bağlanan əyləncə parklarının keçmiş işçilərini işlə təmin etmək istəyiblər.

“Bizim üçün bu, yaxşı biznes, ziyarətçilər üçün isə zövq və adrenalindir”, - deyə şirkətdən bildirilib.