Balakənçayda köməksiz qalan şəxsin xilas edilməsi anları - VİDEO



 

Ötən gün güclü leysan yağışları nəticəsində Balakənçaya sel gəlib.

Balakən Rayon Polis Şöbəsindən daxil olan məlumata görə, Şöbəyə bir nəfərin çayda köməksiz vəziyyətdə qalması barədə məlumat daxil olub. RPŞ əməkdaşları dərhal həmin əraziyə gəlib və şəhər sakini E.Qırıxovun həyati təhlükəsi olduğunu görüblər.

Polis və FHN əməkdaşlarının birgə təcili və təxirəsalınmaz tədbirləri nəticəsində həmin şəxs təhlükəsiz əraziyə çıxarılaraq, xilas edilib.