Sürücülərin nəzərinə: Bəzi yollarda sürət həddi endirildi



 

Yağışlı hava şəraiti ilə əlaqədar H.Əliyev prospekti-Hava limanı-Mərdəkan və Zığ-Beton yolu-Hava limanı yollarında sürət həddi bütün zolaqlar üzrə müvafiq olaraq endirilib.

Oxu.Az xəbər verir ki, məqsəd yağışlı havada yol hərəkəti təhlükəsizliyinin təmin olunmasıdır.

BNA bir daha bütün sürücülərə diqqətli olmağa, yağışlı hava şəraitini nəzərə almalarını və sürət həddini aşmamağı tövsiyə edir.