Məşhur ssenarist və şair Boris Pasternak intihar edib



 

Rusiyanın tanınmış ssenaristi və musiqi sözləri yazarı Boris Pasternak intihar edib.

Bu barədə “Moskovskiy komsomolets” “Telegram” kanalı xəbər yayıb.

84 yaşlı ssenaristin meyiti müalicə aldığı Rusiyanın Federal Tibbi-bioloji Agentliyinin Federal Elmi-Kliniki Mərkəzinin ərazisində tapılıb. Onun palatasının binanın səkkizinci mərtəbəsində olduğu vurğulanıb.

Şairin ölümünün təfərrüatı açıqlanmayıb. 

Qeyd edək ki, Pasternak Sovet televiziyasında işləyərkən titrlərdə Boris Purqalin kimi qeyd olunub. O, Nobel mükafatı laureatı, şair və yazıçı Boris Pasternakın qohumu olub.