Cəlilabadda damarlarını doğrayan gənc Bakıya gətirildi



 

Cəlilabad rayonunda intihara cəhd hadisəsi qeydə alınıb.

"Report" xəbər verir ki, 1990-cı il təvəllüdlü Cəfərov Elmin Möhöbbət oğlu bıçaqla özunə çoxsaylı xəsarətlər yetirib.

Yaralı təcili yardımın köməyi ilə əvvəlcə rayon mərkəzi xəstəxanasına, daha sonra Bakıda yerləşən xəstəxanaların birinə gətirilib.

Müayinə zamanı ona sol saidin çoxsaylı bıçaq kəsikləri diaqnozu qoyulub.