Cəlilabadda iki avtomobil toqquşdu



 

Cəlilabad rayonunda yol qəzası baş verib. 

"Report"un məlumatına görə, hadisə rayonun Uzuntəpə kəndi ərazisində qeydə alınıb.

Qəza zamanı "VAZ 2107" markalı minik avtomobili "VAZ 2106" markalı minik avtomobilinə çırpılıb.

Nəticədə xəsarət alan olmasa da, avtomobillərə ziyan dəyib. Hadisə yerinə DYP əməkdaşları və təxliyyə maşını gəlib. 

Faktla bağlı araşdırma aparılır.