Nazarbayevin nəvəsi Londonda öldü



 

Qazaxıstanın ilk prezidenti Nursultan Nazarbayevin nəvəsi Aysultan Londonda vəfat edib.

Bu barədə TASS xəbər yayıb.

Məlumata görə, 30 yaşlı Aysultan Nazarbayevin ölümünə səbəb ürək tutması olub.

Hadisənin təfərrüatları barədə geniş məlumat yoxdur.

Qeyd edək ki, daha əvvəl Aysultan Nazarbayevin Böyük Britaniyadan siyasi sığınacaq istəməsi barədə məlumat verilmişdi.

Gənc oğlan ailəsinin ona təzyiq göstərdiyini söyləyirdi.