Ucar sakinlərinin bitməyən dərdi: Kanalizasiya xətti yoxdur, çirkab suları məhəllələrdə toplanır - VİDEO



 

Xoşəgəlməz mənzərə, üfunət qoxusu və çirkab suları Ucarın Səttar Xan küçəsi ilə yanaşı, bir neçə küçədə yaşayan böyükdən kiçiyə hər kəsi narahat edən əsas məsələdir.

Kanalizasiya xətləri olmadığından binalardan və həyət evlərindən küçələrə axıdılan çirkab suları məhəllələrdə toplanıb qalır.

Yerli sakinlərin sözlərinə görə, dəfələrlə aidiyyəti qurumlara müraciət edilib. Lakin dərdlərinə çara tapan yoxdur.

“Azərsu ASC”nin 2 nömrəli Regional Sukanal İdarəsindən bildirilib ki, 2011-2015-ci illərdə Ucar şəhərinin cəmi 20 faiz ərazisində yeni kanalizasiya xətləri çəkilsə də, işlər yekunlaşmayıb.

Qalan ərazilərdə çirkab su xəttinin tikilməsi dövlət proqramına salınıb. Növbəti illərdə Ucar şəhəri üzrə qalan hissənin tikintisi davam etdiriləcək.