Şamaxıda üçotaqlı ev yandı



 

Şamaxı rayonunun Hacılı kəndində ümumi sahəsi 60 kvadratmetr olan birmərtəbəli, üçotaqlı evin yanar konstruksiyaları yanıb. 

Fövqəladə Hallar Nazirliyindən Oxu.Az-a verilən məlumata görə, yaxınlıqdakı tikililər yanğından mühafizə olunub. 

Yanğın söndürülüb.