Azərbaycanda koronavirusa yoluxanların sayı yenidən 100-ü keçdi: Dörd nəfər öldü - FOTO



 

Azərbaycanda koronavirus infeksiyasına 103 yeni yoluxma faktı qeydə alınıb, 221 nəfər müalicə olunaraq sağalıb və evə buraxılıb.

Bu barədə Nazirlər Kabineti yanında operativ qərargahdan məlumat verilib. 

COVID-19 üçün götürülən analiz nümunələri müsbət çıxmış dörd nəfər vəfat edib.

Son sutka ərzində yeni yoluxma hallarının müəyyənləşdirilməsi ilə əlaqədar 7969 test aparılıb.

Aktiv xəstə sayı isə 2024 nəfərdir.