Balakəndə nişan mərasimi keçirənlər cərimələndi - FOTO



 

Balakən Rayon Polis Şöbəsinə rayonun Yeni Şərif kəndində karantin qaydalarının pozularaq, nişan mərasiminin keçirilməsi barədə məlumat daxil olub.

Bununla bağlı Daxili İşlər Nazirliyinin Mətbuat xidmətinin Şəki regional qrupu məlumat yayıb. 

Bildirilib ki, polis əməkdaşları dərhal həmin ünvana gələrək, 30-a yaxın şəxsin bir yerə toplaşdığını və ev sahibi Nəcməddin Urkayevin karantin qaydalarını pozaraq, qızına nişan mərasimi keçirdiyini aşkar ediblər.

N.Urkayev və məclisi təşkil edən digər səkkiz nəfər Polis Şöbəsinə dəvət edilərək, onlarla profilaktik söhbətlər aparılıb. Onların barəsində toplanmış materiallar məhkəməyə göndərilib.

Polis əməkdaşları tərəfindən ölkədə elan edilən karantin rejimi qaydalarına rayon ərazisində  riayət edilməsi məqsədilə keçirilən reyd zamanı Qazbinə kəndində yerləşən kafedə müştərilərin sosial məsafəni gözləmədən əyləşdikləri və masaların bir-birinə yaxın qoyulduğu aşkarlanıb.

Kafe sahibi barəsində materiallar məhkəməyə göndərilib, karantin rejiminin tələblərini pozan yeddi müştərinin hər biri 200 manat cərimələnib.