Elmar Məmmədyarovdan ölkədən çıxmasına qadağa qoyulması ilə bağlı AÇIQLAMA



 

Azərbaycanın sabiq Xarici İşlər naziri Elmar Məmmədyarovun ölkədən çıxışına məhdudiyyət qoyulması ilə bağlı məlumat yayılıb.

Unikal.org-a açıqlama verən Elmar Məmmədyarov yayılan məlumatın həqiqəti əks etdirmədiyini bildirib:

“Haqqımda yayılan məlumat yalandır. Şüvəlandakı bağımda dincəlirəm.

Həmçinin, ölkədən çıxmağa niyyətim və getməyə də yerim yoxdur.

Pandemiya vaxtı hara gedirəm? Onu da deyim ki, istintaqa çağırılmamışam”.