Ukraynada koronavirusa yoluxma sayında görünməmiş rekord



 

Ukraynada koronavirusa gündəlik yoluxma 1,7 min nəfəri keçib. Eyni zamanda bir gündə 600-dən az adam sağalıb.

Bu barədə Oxu.Az-ın qeyd edilir.

Ötən gün ərzində Ukraynada 1 732 yeni koronavirusa yoluxma faktı qeydə alınıb - bu, ölkədə epidemiyanın başlamasından bəri mütləq rekorddur.

Ukraynada virusa yoluxan 87 872 nəfərdən 2 011-i ölüb, 46 797-si sağalıb.