18 yaşlı peşəkar boksçu güllələndi



 

18 yaşlı boksçu Koul Kerşou Böyük Britaniyanın Beri şəhərində silahlı insident zamanı öldürülüb.

Bu barədə “Daily Mail” məlumat yayıb.

Gənc idmançı ağır xəsarətlərlə xəstəxanaya çatdırılıb.

Həkimlərin səylərinə baxmayaraq, boksçunun həyatını xilas etmək mümkün olmayıb.

Hüquq-mühafizə orqanları silahlı insidentlə əlaqədar araşdırmalara başlayıb.