Pompeo Rusiyaya xəbərdarlıq etdi: “Əgər “Taliban”la razılaşdıqları təsdiqini tapsa...”
Əfqanıstanda “Taliban”la əlaqələrinə dair məlumatlar təsdiqini taparsa, Rusiya “böyük əvəz” ödəməli olacaq.
Gazeta.ru-nun məlumatına görə, bu sözləri ABŞ Dövlət katibi Mayk Pompeo deyib.
M.Pompeo bildirib ki, ABŞ-ın sözügedən mövqeyi ilə bağlı Rusiyanın Xarici İşlər naziri Sergey Lavrov da məlumatlandırılıb.