Ayı futbolçuların geyinib-soyunma otağına daxil oldu - VİDEO



 

Rusiyanın “Saxalinets” futbol klubunun təlim-məşq toplantısında ayı da iştirak edib.

REN TV xəbər verir ki, bu barədə məlumat  klubun “Instagram” səhifəsində yerləşdirilib.

Qeyd olunur ki, ayını məşqə klubun oyunçulardan olan Mixail Litvin gətirib.

Ayını görən futbolçular əvvəl təşvişə düşsələr də, bir müddət sonra geyinib-soyunma otağına gələn “qonağı” mobil telefonlarına çəkməyə başlayıblar.