Elman Paşayev Yefremovun insult keçirdiyini təsdiqlədi



 

“Aktyor Mixail Yefremovun vəziyyəti orta-ağırdır”.

“RİA Novosti”nin məlumatına görə, bunu M.Yefremovun vəkili Elman Paşayev deyib.

Vəkil hüquqlarını qoruduğu aktyorun insult keçirdiyini təsdiqləyib.

Xatırladaq ki, rusiyalı aktyor Mixail Yefremov Moskvanın Presnya Rayon Məhkəməsinin binasından xəstəxanaya aparılıb.