Bakıda kişi liftin şaxtasına yıxıldı - VİDEO



 

Bakının Yasamal rayonunda bir nəfər liftin şaxtasına düşüb.

Bununla bağlı Oxu.Az-a Fövqəladə Hallar Nazirliyindən məlumat verilib.

Bildirilib ki, vətəndaş yarımtikilidə ehtiyatsızlıqdan şaxtaya düşüb və yaralanıb.

Nazirliyinin Xüsusi Riskli Xilasetmə Xidmətinin müvafiq xilasetmə qüvvələri çağırış ünvanına cəlb olunub və o, şaxtadan çıxarılıb.

Yaralı aidiyyəti üzrə təhvil verilib.

İlhamə Əbülfət