Belarusda aksiyalara görə pirotexniki məhsulların satışı qadağan edildi



 

Belarusda pirotexnika məhsullarının topdan və pərakəndə satışına qadağa qoyulub.

“BelTA” xəbər verir ki, bu barədə Belarusun Antiinhisar Tənzimləmə və Ticarət Nazirliyi məlumat yayıb.

Qadağa Belarus Nazirlər Şurasının qərarından sonra qəbul edilib.

Sənəd avqustun 12-dən qüvvəyə minib.