Türkiyə XİN rəhbəri: “Azərbaycanda özümüzü evimizdəki kimi hiss edirik”
“Biz Azərbaycanda özümüzü evimizdəki kimi hiss edirik”.
Oxu.Az xəbər verir ki, bunu Azərbaycan və Türkiyə Xarici İşlər nazirlərinin birgə mətbuat konfransı zamanı Mövlud Çavuşoğlu deyib.
O, yaxın zamanda Azərbaycana səfərə gələcəyindən şərəf duyacağını bildirib.
Türkiyəli nazir qeyd edib ki, “TurAz Qartalı” təlimləri davam edir:
“Görəcəyimiz çox iş, nail olacağımız çox məsələ var”.