Bayden Belarusdakı etirazçıları dəstəklədi - Lukaşenkoya çağırış



 

ABŞ prezidentliyinə namizəd Co Bayden Belarusdakı etiraz aksiyalarının iştirakçılarını dəstəkləyib.

Bu barədə “Medium” saytı yazıb.

“Mən səslərin şəffaf və dəqiq hesablanmasına, bütün siyasi məhbusların azad olunmasına çağıranları dəstəkləyirəm”, - deyə C.Bayden bildirib.

Prezidentliyə namizəd, həmçinin, Belarus Prezidenti Aleksandr Lukaşenkonu dinc aksiya iştirakçılarının hüquqlarına hörmət etməyə və zorakılıqdan qaçmağa çağırıb.