Venediktov: “Vaşinqton dedisə, avropalıların vəzifəsi icra etməkdir”



 

“ABŞ öz maraqları naminə Avropanı boğmağa hazırdır”.

“RİA Novosti”nin məlumatına görə, bunu Rusiya Təhlükəsizlik Şurası katibinin müavini Aleksandr Venediktov deyib.

O bildirib ki, ABŞ “burada kimin sahib olduğunu” göstərmək üçün yaxın və ortamənzilli raketlərin ləğvi və Açıq səma razılaşmalarını məhv edib.

“İndi vəziyyət necədir? Vaşinqton dedi və nöqtə. Avropalıların vəzifəsi icra etməkdir”, - deyə A.Venediktov bildirib.