Alov alan sərnişin avtobusu yoluna davam etdi - VİDEO
İstanbulda içində sərnişin olmayan avtobus hərəkətdə olarkən yanmağa başlayıb.
Bununla bağlı görüntüləri “Haber7” yayımlayıb.
Məlumata görə, hadisə yerli vaxtla 23:30-da Cevizlibağ səmtində qeydə alınıb. Maşının motorundan duman yüksəlməyə başlayıb.
Sürücü yoldan keçən vətəndaşların və sürücülərin xəbərdarlıqlarına məhəl qoymadan yoluna davam edib.
Bir müddət sonra sürücü abtobusu saxlamağa məcbur olub. O və digər sürücülər yanğın balonu vasitəsilə söndürməyə nail olublar.