Azərbaycanda sabiq yüksək vəzifəli şəxs vəfat etdi - FOTO



 

Azərbaycanda sabiq yüksək vəzifəli şəxs vəfat edib.

Oxu.Az xəbər verir ki, Müdafiə nazirinin sabiq müavini, general-leytenant Çingiz Məmmədov dünyasını dəyişib.

Müdaifə Nazirliyi Oxu.Az-a məlumatı təsdiq edib.

Qeyd edək ki, 2010-cu ildə Azərbaycan Respublikası Prezidentinin Sərəncamı ilə Ç.Məmmədov “Vətən uğrunda” medalı ilə təltif edilib.

O, 2014-cü ildə Prezident İlham Əliyevin sərəncamı ilə Silahlı Qüvvələrdən ehtiyata göndərilib.