Üzərində təcrübə aparılan çöl donuzu alimlərdən qaçıb qonşu ölkədə gizləndi



 

Finlandiyalı alimlərin üzərində təcrübə apardıqları çöl donuzu qaçaraq, meşədə gizlənib.

Bu barədə “Megapolis” məlumat verir.

Çöldonuzu Finlandiya - Rusiya sərhədini keçərək, Vıborq rayonunun (Leninqrad vilayəti) meşələrində gizlənib.

Artıq Finlandiyadan olan mütəxəssislər çöl donuzunun axtarışlarında kömək üçün Rusiyaya müraciət ediblər.