İlham Əliyev Təhsil Nazirliyinə yeddi milyon manat ayırdı - SƏRƏNCAM
Prezident İlham Əliyev Azərbaycan Respublikasında təhsil infrastrukturunun inkişafı ilə əlaqədar əlavə tədbirlər haqqında sərəncam imzalayıb.
Bununla bağlı AZƏRTAC məlumat yayıb.
Sərəncama əsasən, respublika ərazisində modul tipli məktəblərin quraşdırılması məqsədilə “Azərbaycan Respublikasının 2020-ci il dövlət büdcəsində dövlət əsaslı vəsait qoyuluşu (investisiya xərcləri) üçün nəzərdə tutulan vəsaitin bölgüsü”nün 1.66-cı bəndində göstərilmiş məbləğin 630 149 000,0 (altı yüz otuz milyon yüz qırx doqquz min) manatının bölgüsü”nün 1.9.2-ci yarımbəndində “Respublika ərazisində modul tipli təhsil müəssisələrinin quraşdırılması” üçün nəzərdə tutulmuş yeddi milyon manat Azərbaycan Respublikasının Təhsil Nazirliyinə ayrılacaq.