Azərbaycan filmi Venesiya Film Festivalında əsas müsabiqəyə seçildi



 

Rejissor Hilal Baydarovun çəkdiyi “Səpələnmiş Ölümlər Arasında” filmi 77-ci Venesiya Film Festivalının əsas müsabiqəsində yarışacaq.

Oxu.Az xəbər verir ki, festival 2-12 sentyabr tarixləri arasında baş tutacaq.

Müstəqil kino tariximizdə ilk dəfədir ki, dünyanın ən böyük və nüfuzlu üç film festivalından biri olan (Digərləri: Kann Film Festivalı və Berlin Film Festivalı) Venesiya Film Festivalında Azərbaycan filmi əsas müsabiqəyə seçilib.

Daha əvvəl sözügedən festivallara seçilən filmlər olsa da, heç biri əsas yarışmada mübarizə aparmaq şansına sahib olmayıb.

Festivalın builki jüri heyətinə məşhur aktrisa Keyt Blanşet rəhbərlik edəcək.