Conni Depp 13 yaşlı qızını marixuanaya qonaq edib
Hollivud ulduzu Conni Depp 13 yaşlı qızı Lili Rouzu marixuanaya qonaq edib.
Bu barədə “Evening Standard” nəşri xəbər yayıb.
Artist bunu məsuliyyətli valideynin davranışı adlandırıb. O, Vanessa Paradidən olan qızının narkotikin dadına baxmaq istədiyini bildirib. Buna görə də, Depp övladının bu addımı onun nəzarəti altında ata biləcəyini düşünüb.
Aktyor vurğulayıb ki, Lili Rouza marixuana verməzdən əvvəl bunu onun anası ilə müzakirə edib.
“Qızım “party”də olduğu vaxt kimsə ona marixuana verib. Onun cəmi 12 yaşı var idi və o nə edə biləcəyini anlamadığını dedi. Mən dedim: “Qulaq as, əzizim, əgər sən “party”dəsənsə və kimsə sənə marixuana verirsə, onu al və başqasına ötür”, - deyə, Depp xatırlayır.
C.Depp qızına tanımadığı insanların əhatəsində narkotiklərlə eksperiment aparmağın yaxşı fikir olmadığını başa salıb.
Aktyorun sözlərinə görə, o, qızının ona etimad etməsini istəyib.
Ona marixuana verməzdən əvvəl evdə uyğun şərait yaradıb: Televizoru hazırlayıb, dondurma alıb.
Deppin özü “ketamin”dən başqa, bütün narkotiklərin dadına baxdığını etiraf edib.